EN

“Oynamasam belə, daim hazır gözləyirdim” Seydiyev

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” Misli Premyer Liqasının XXXII turunda “Neftçi”yə məğlub olub – 1:2.

Matçdan sonra “bayquşlar”ın futbolçusu Amin Seydiyev “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Mövsümün son ev oyununda məğlub oldunuz. Fikirləriniz nədir?

– Məğlub olmaq istəməzdik. Pis oynamadıq, məncə, yaxşı şanslarımız da oldu, lakin alınmadı.

– İkinci dövrədə az şans qazanan futbolçulardansan. Uzun müddət sonra “Neftçi”yə qarşı meydanda oldu. Ehtiyatda qalmaq narahat etmir?

– Hamımızın qarşısında bir hədəf var idi – çempionluq. İstər meydanda, istərsə də meydandan kənarda hər kəs bunun üçün əlindən gələni etməyə çalışdı. Oynamasam belə, daim hazır gözləyirdim. Bu matçda rotasiyalar oldu və çox oyunçu birlikdə kifayət qədər oyun şansı qazanmayıb. Ona görə bəzən ötürmə səhvləri, anlaşmazlıqlar yaşanırdı. Buna baxmayaraq, düşünürəm ki, “Neftçi”yə qarşı yaxşı oynadıq.

– Klubdakı taleyiniz necə olacaq? Müqaviləniz bitir…

– Hələ nəsə yoxdur. İndi çempionluğu qeyd edirik. Digər məsələlərlə bağlı danışıqlar olacaq. Hələ necə olacağını bilmirəm.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
futbolpress.az

1Sources