EN

Arvadını yumruqlayan kişi 1000 manat cərimələndi

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Xəzər rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 26-da rayonun Albalılıq massivi, M.Namazov küçəsində baş verib. Ağdaş rayon sakini, 1984-cü il təvəllüdlü İntiqam yaşadığı evdə həmin gün saat 19:00-da yaranmış mübahisə zamanı münaqişə zəminində arvadı Turanə (adlar şərtidir – red.) ilə mübahisə edib. O, qəsdən yumruğu ilə arvadının sifət nahiyyəsindən vurub.İş üzrə izahat verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadına zorakılıq göstərərək onu döyüb. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, arvadı ilə dəfələrlə barışmaq üçün cəhd etməsinə baxmayaraq onunla barışmaq niyyətinin olmadığını qeyd edib. Zərərçəkmiş Türanə də ifadəsində əri ilə aralarında ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı onun tərəfindən döyüldüyünü deyib. O, əri ilə barışmadığını, onunla barışmaq niyyəti olmadığını bildirib. Xəzər Rayon Məhkəməsinin hökmü ilə İntiqam 1000 manat məbləğində cərimə edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
demokrat.az

1Sources