Cari il üçün təsdiq olunmuş hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) N hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətə və maddi-tədris bazasına keçirilən sıra baxışı hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə sona çatıb.
Yoxlama zamanı silah və texnikanın, maddi-texniki təminat vasitələrinin varlığı və vəziyyəti yoxlanılıb. Həmçinin, bölmələrin ərazidə operativ-taktiki və qərargah fəaliyyətləri qiymətləndirilib.