EN

İstəyirik ki, bölgəmizdə güclü iki dövlət olaq Türkiyəli nazir

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Bu gün dost və qardaş Azərbaycanda yenə çox vacib bir tədbir üçün toplanmışıq. "İki dövlət bir millət" şüarı ilə həm cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın, həm Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoymuş olduğu qardaşlıq nümunəsi təməlində iki ölkə xalqının mənfəətləri və gələcəkləri üçün bu əməkdaşkıq gündən-günə daha da artmaqdadır".

Ölkə.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum WUF13-ün Türkiyə pavilyonunda çıxış edərkən deyib. 

"Bu mövzuda məsul şəxslərlə bağlı qardaş və dostlarımızla birlikdə Türkiyə-Azərbaycan münasibətlərini gücləndirmək üçün bütün gücümüzlə çalışırıq. Bu gün də bu çərçivədə həqiqətən çox vacib bir tədbirə ev sahibliyi edən Azərbaycana səfərə gəlmişik. 

Açılışdan sonra Azərbaycan hökuməti ilə binalarda enerji səmərəliliyi layihəsi çərçivəsində bir konsensus imzalamışıq.  

Belə gözəl bir tədbirə ev sahibliyi etdikləri üçün azərbaycanlı dostlarımızı təbrik edirəm. 

Buradan bütün azərbaycanlı dostlarımıza, Prezident R.T.Ərdoğanın salamlarını, sevgilərini və hörmətlərini çatdırıram. 

Biz Azərbaycanla olan münasibətlərimizi gücləndirəcək, strateji əməkdaşlığımızı daha da artıracaq bu qərarlılığımızı göstərməyə davam edəcəyik. İstəyirik ki, bölgəmizdə güclü 2 dövlət olaq və bölgəmiz, dünyamız üçün, sülhün, təhlükəsizliyin hökm sürdüyü bir dünya üçün birgə mübarizə aparaq", - deyə nazir əlavə edib.

M.Kurum həmçinin xatırladıb ki, Türkiyə bu il COP31-ə sədrlik edəcək. Onun sözlərinə görə, noyabrda Antalyada keçiriləcək tədbirdə 100 mindən çox qonaq olacaq və 196 ölkə qatılacaq.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
olke.az

2Sources