EN

Prokuror Rüfət Səfərova 9 il iş istəyib

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. 

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Proses iyunun 5-nə təxirə salınıb.

Qeyd edək ki, Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
lent.az

1Sources