EN

Türkiyə COP31 də “icraat dövrü”nün başlanmasını istəyir Murat Kurumdan Bakıda mühüm mesajlar

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda keçirilən "World Urban Forum" 13 çərçivəsində Türkiyə Respublikasının Çevre, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum media nümayəndələrinə müsahibə verib.

Bizimyol.info xəbər verir ki, nazir çıxışı zamanı həm Azərbaycanın COP29 dövründə əldə etdiyi təcrübəyə, həm də gələcəkdə keçiriləcək COP31 üzrə gözləntilərə toxunub.

Murat Kurum bildirib ki, Azərbaycan iqlim gündəliyinin idarə olunması prosesində mühüm nümunə ortaya qoyub və Türkiyə bu təcrübədən yararlanacaq:

“Azərbaycanlı qardaşlarımız bu prosesi uğurla idarə etdilər. Biz də Türkiyə olaraq onların təcrübəsindən istifadə edəcəyik. Bakıda qəbul olunan qərarları və Bakı-Belém Yol Xəritəsində müəyyənləşdirilən hədəfləri COP31 zamanı nəzərə alacağıq”.

Nazirin sözlərinə görə, artıq dünya yalnız bəyanatların verildiyi iqlim sammitləri deyil, konkret nəticələrin əldə olunduğu “icraat COP”larına ehtiyac duyur. O vurğulayıb ki, iqlim dəyişiklikləri və təbii fəlakətlər bəşəriyyət üçün getdikcə daha böyük təhlükəyə çevrilir:

“Əgər doğru seçim etməsək, fəlakətlər bizi də öz içinə çəkəcək. İqlim dəyişikliklərinin təsirlərini azaltmaq, daha təmiz dünya qurmaq üçün hamı məsuliyyət daşımalıdır”.

Murat Kurum çıxışında təmiz enerji məsələsinə də xüsusi diqqət ayırıb. O qeyd edib ki, milyonlarla insanın enerji çatışmazlığı yaşadığı bir vaxtda alternativ enerji mənbələrinə keçid artıq seçim deyil, zərurətdir. Nazirə görə, dünya ölkələri bu istiqamətdə daha sürətli və konkret addımlar atmalıdır.

Türkiyə nümayəndəsi əlavə edib ki, ölkəsi COP31-in uğurlu keçirilməsi üçün bütün məsuliyyəti üzərinə götürməyə hazırdır və bu istiqamətdə Avstraliya ilə birgə fəaliyyət davam etdirilir. Onun sözlərinə görə, Türkiyə Prezidenti tərəfindən də bu prosesə güclü siyasi iradə nümayiş etdirilir.

Nazir müsahibəsinin sonunda Azərbaycan xalqına təşəkkürünü çatdıraraq bildirib ki, Bakıda keçirilən beynəlxalq tədbirlər regionun qlobal dialoq platformasına çevrildiyini bir daha göstərir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
bizimyol.info

1Sources