EN

Barselona nın vingeri DÇ 2026 nı kənardan izləyəcək

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Barselona"nın vingeri Fermin Lopes qarşıdakı dünya çempionatında iştirak etməyəcək.

Fanat.Az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın 37-ci turunda evdə "Betis"i məğlub etdikləri oyunda ağır xəsarət alan oyunçu əməliyyat olunacaq.

Müayinə zamanı Ferminin sağ ayağının beşinci metatarsal sümüyünün sındığı müəyyənləşib. Bu səbəbdən onun İspaniya millisinin sıralarında mundiala qatılmayacağı dəqiqləşib.

Daha öncə yerli mətbuat artıq "Real"la vidalaşacağı dəqiqləşən cinah müdafiəçisi Daniel Karvaxal və "Komo"nun hücumçusu Alvaro Moratanın da DÇ-2026-ya qatılmayacağını bildirib.

Xatırladaq ki, İspaniya yığmasının yekun heyəti mayın 25-də açıqlanacaq.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
fanat.az

2Sources