EN

“Avroviziya”ya görə vəzifəsindən oldu

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moldovada “Avroviziya-2026” müsabiqəsinə görə qalmaqal yaranıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Moldova milli münsiflər heyətinin rumıniyalı iştirakçı Aleksandra Kapitaneskuya cəmi 3 bal verməsi ölkədə narazılıqla qarşılanıb.

Bu narazılıq yerli “Teleradio-Moldova” şirkətinin baş direktoru Vlad Surkanunun istefa verməsi ilə nəticələnib. O, bu qərarını brifinqdə açıqlayıb.

Surkanu rəhbərlik etdiyi teleşirkətin “Avroviziya”nın təşkilində birbaşa iştirak etməsə də, münsiflər heyətinin verdiyi qiymətlərə görə məsuliyyət daşıdığını etiraf edib. Onun sözlərinə görə, milli münsiflər heyəti Moldova ilə qonşu ölkələr arasında mövcud həssas vəziyyəti nəzərə almayıb. Surkanu münsiflər heyətinin Ukraynaya da 1 bal belə vermədiyini xatırladıb. 

Qeyd edək ki, builki müsabiqədə Bolqarıstan tarixində ilk dəfə olaraq qalib adını qazanıb. Rumıniyalı ifaçı Aleksandra Kapitanesku müsabiqəni 3-cü pillədə tamamlayıb. Moldovalı münsiflər heyəti maksimum 12 xalı Serbiya iştirakçısına, tamaşaçılar isə məhz Rumıniya təmsilçisinə verib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
5
cebheinfo.az

6Sources