EN

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Urban Expo" sərgisində xüsusi pavilyonla təmsil olunur

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində açılışı olan “Urban Expo” sərgi məkanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi xüsusi pavilyonla təmsil olunur.

Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

“İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan” mövzusunda təşkil edilmiş pavilyonda Mərkəzin təlimçi və benefisiarlarının müxtəlif istiqamətlər, o cümlədən dulusçuluq, bədii oyma, vitraj, təsviri incəsənət və digər yaradıcılıq sahələri üzrə hazırladıqları əl işləri nümayiş etdirilir.

Ziyarətçilərə Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri barədə məlumat verilir. Ekspozisiyada yer alan və Azərbaycanın tarixi memarlıq abidələrinin təsvir olunduğu müxtəlif əl işlərinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ərsəyə gətirildiyi diqqətə çatdırılır.

Pavilyonda quraşdırılmış monitorda həssas əhali qruplarına aid istedadlı şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dair videoçarx təqdim olunur. Sərgi iştirakçılarına DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin xidmətləri, “Könüllü DOST” proqramı barədə Azərbaycan və ingilis dillərində maarifləndirici bukletlər paylanılır.

Chosen
1
10
publika.az

10Sources