Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Türkiyə-Azərbaycan münasibətlərini gücləndirmək üçün var gücümüzlə çalışırıq".
Moderator.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında ikitərəfli müzakirələr baş tutub:
"Buradakı vətəndaşlarımızla və tədbirə gələn qonaqlarla əməkdaşlığı gücləndirmək məqsədilə görüşlər və toplantılar təşkil edirik.
Bu gün açılışdan sonra Azərbaycan hökuməti ilə binalarda enerji səmərəliliyi layihəsi çərçivəsində bir memorandum imzaladıq. Orada ikitərəfli görüşlər keçirdik. Omanın və Səudiyyə Ərəbistanının da mənzil və şəhərsalma nazirləri ilə görüşlərimiz oldu.
Yəni həm bölgəmiz adına, həm də ölkələrimiz adına "dayanıqlı şəhərlər" dediyimiz anlayış çərçivəsində şəhərlərimizin gələcəyi və vətəndaşlarımıza daha yaxşı imkanlar təqdim etmək məqsədilə bu müzakirləri həyata keçirdik".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.