EN

Universitetlər distant təhsilə keçə, diplomlar tanına bilər – MÜHÜM NÜANSLAR

Son illərdə dünyanın bir çox ölkəsində distant təhsil modeli artıq alternativ yox, zərurət kimi qəbul olunur. Xüsusilə, pandemiya dövründə onlayn tədris sisteminin tətbiqi həm məktəblərin, həm də universitetlərin fəaliyyətinin dayanmasının qarşısını aldı. Azərbaycanda da bəzi məktəblər məsafədən tədris imkanlarından istifadə etdiyi halda, ali təhsil müəssisələrinin hələ də ənənəvi modelə üstünlük verməsi müzakirələrə səbəb olur.

Bəs universitetlərdə distant təhsilə keçid niyə mümkün olmur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, universitetlərin distant təhsil modelinə keçidi gələcək dövrdə mümkün ola bilər:

Elçin

“Hazırda daha çox ənənəvi və əyani təhsilə üstünlük verilir. Halbuki distant təhsili universitetlərdə də təmin etməliyik. Amma bunun üçün ümumi infrastruktur formalaşdırılmalıdır. Distant təhsili idarə edəcək kollektiv və texniki imkanlar olmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda distant təhsil modeli daha əvvəl pandemiya dövründə tətbiq olunub:

“Biz pandemiya dövründə fors-major vəziyyət kimi distant təhsili tətbiq etmişdik. Hazırkı mərhələdə isə ənənəvi təhsilə üstünlük verildiyi üçün düşünürlər ki, distant təhsil o qədər də effektiv deyil.
Qarşıdakı illərdə hər hansı situasiyadan asılı olaraq belə bir qərar qəbul edilə bilər. Belə olan halda, universitetlər də distant təhsil modelinə keçəcək”.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
19
1
konkret.az

2Sources