EN

Xorvatiyanın DÇ-2026 üçün heyəti

style='margin-bottom:10px;'>

Xorvatiya Futbol İttifaqı 2026-cı il dünya çempionatı üçün milli komandanın heyətini açıqlayıb.

QOL.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb.

26 nəfərlik heyətdə təcrübəli yarımmüdafiəçi Luka Modriç də yer alıb.

Qapıçılar: Dominik Livakoviç (“Dinamo” Zaqreb), Dominik Kotarski (“Kopenhagen”, Danimarka), İvor Pandur (“Hall Siti”, İngiltərə).

Müdafiəçilər: Yoşko Qvardiol (“Mançester Siti”, İngiltərə), Due Çaleta-Çar (“Real Sosyedad”, İspaniya), Yosip Şutalo (“Ayaks”, Niderland), Yosip Stanişiç (“Bavariya”, Almaniya), Marin Ponqraçiç (“Fiorentina”, İtaliya), Martin Erliç (“Midtyullann”, Danimarka), Luka Vuşkoviç (“Hamburq”, Almaniya).

Yarımmüdafiəçilər: Luka Modriç (“Milan”, İtaliya), Mateo Kovaçiç (“Mançester Siti”, İngiltərə), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (“Torino”, İtaliya), Luka Suçiç (“Real Sosyedad”, İspaniya), Martin Baturina (“Komo”, İtaliya), Kristian Yakiç (“Auqsburq”, Almaniya), Petar Suçiç (“İnter”, İtaliya), Nikola Moro (“Bolonya”, İtaliya), Toni Fruk (“Riyeka”).

Hücumçular: İvan Perişiç (PSV, Niderland), Andrey Kramariç (“Hoffenhaym”, Almaniya), Ante Budimir (“Osasuna”, İspaniya), Marko Paşaliç (“Orlando Siti”, ABŞ), Petar Musa (“Dallas”, ABŞ), İqor Matanoviç (“Frayburq”, Almaniya).

Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatının L qrupunda çıxış edəcək. Komanda qrupda İngiltərə, Panama və Qana yığmaları ilə qarşılaşacaq.

Chosen
19
3
teleqraf.com

4Sources