EN

Aleksey Kuleba: "Altı milyon ukraynalı öz evindən didərgin düşüb"

"Rusiya ilə Ukrayna arasında dörd ildən çoxdur ki, davam edən müharibə nəticəsində bizim infrastruktur sektoruna dəyən zərər 95 milyard ABŞ dollarını üstələyir".

Moderator.az xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Aleksey Kuleba BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) liderlər sammitində deyib.

O bildirib ki, təxminən altı milyon ukraynalı öz evindən didərgin düşüb və təhlükəsiz regionlara köçüb:

"41 minə yaxın çoxmərtəbəli bina isə münaqişə nəticəsində tam dağıdılıb. Hazırda Ukrayna müasir, əlçatan və təhlükəsiz mühit yaratmaq istəyir".

Chosen
19
1
moderator.az

2Sources