EN

Slovakiya UN Habitat ın gələcək nəsil üçün davamlı şəhər dayanıqlılığı təşəbbüsünü dəstəkləyir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Dünyada bir çox şəhərlər iqlim dəyişməsi, demoqrafik təzyiq, iqtisadi bərabərsizlik və hərbi münaqişələrin nəticələri ilə üzləşir. Çağırış yalnız bərpa deyil, həm də uzunmüddətli yenilənmə və canlanmadır. Slovakiya bu səylərə kömək etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba deyib.

Onun sözlərinə görə, Slovakiyada şəhərsalma siyasətinə təcrid olunmuş şəkildə deyil, ətraf mühit, enerji sistemləri və iqtisadi dayanıqlılıqla sıx bağlı bir sahə kimi baxılır. "Şəhərlər təkcə böyümə mərkəzləri deyil, həm də təhlükəsiz, funksional və uyğunlaşa bilən infrastruktur sistemləridir", - deyə nazir qeyd edib.

Tomaş Taraba Slovakiyanın UN-Habitat-ın gələcək nəsil üçün davamlı şəhər dayanıqlılığı təşəbbüsünü güclü şəkildə dəstəklədiyini diqqətə çatdırıb. "Bu layihə şəhər iqliminin dayanıqlılığını artırmaq və infrastrukturu gücləndirmək üçün praktiki platforma kimi görülür", - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
1
azertag.az

2Sources