Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd vasitələri alacaq.
Far.Az-in əldə etdiyi məlumatına görə, iribuynuzlu heyvanların dabaq xəstəliyinin bir neçə növünə - O, Asiya-1, SAT-1 və SAT-2 serotiplərinə qarşı istifadə olunan peyvəndlərin alınması planlaşdırılır.
Satınalma çərçivəsində 5 milyon 382 min doza peyvəndin alınması nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 6 milyon 700 min 590 manat təşkil edir.
Vaksinlər beynəlxalq baytarlıq standartlarına cavab verəcək və tətbiqdən sonra ən azı 6 ay immunitet yaradacaq.