BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci gününə yekun vurulub.
Moderator.az xəbər verir ki, ikinci günə rəsmi açılışdan öncə mətbuat konfransı ilə start verilib.
Konfransda WUF13-ün məqsədləri, prioritetləri barədə danışılıb, suallar cavablandırılıb.
Daha sonra Assambleyaların birgə yekun iclası və "Urban Expo Sərgisi"nin rəsmi açılışı olub.
Günün ikinci yarısında isə WUF13-ün rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.
Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.
Daha sonra Azərbaycan Prezidenti tədbirdə çıxış edib.
Rəsmi hissədən sonra WUF13 tarixində ilk dəfə olaraq Liderlər Sammiti keçirilib.
Müxtəlif ölkələrin liderləri, dövlət və hökumət başçıları, həmçinin rəsmi şəxslər sammitdə çıxış edərək fikirlərini bildiriblər.
Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.