ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şəmkir"in futbolçusu meydanı ambulansda tərk etdi
Bu gün Azərbaycan 2-ci liqasının sonuncu, 27-ci turunda "Şəmkir" "Xankəndi"ni qəbul edib.
QOL.az xəbər verir ki, matçın ikinci hissəsində meydan sahiblərinin kapitanı Tural Məmmədzadə sıradan çıxıb. O, rəqibin cərimə meydançası daxilində top uğrunda gedən mübarizə zamanı ağır zədələnib.
Futbolçu meydanı ambulans maşınında tərk edib. Onu Nihad Əliyev əvəzləyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.