Bakı, 18 may, AZƏRTAC
Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var. Burada olmaq və hökumətlərlə müzakirələr aparmaq bizim üçün simvolikdir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Ukrayna üçün tarixi gündür. Ölkəmiz ilk dəfə Ümumdünya Şəhərsalma Forumunda milli pavilyonla təmsil olunur”, - deyə Baş nazirin müavini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan İrpendə bəzi obyektlərin bərpasına dəstək göstərir. O, bu dəstəyə görə təşəkkürünü bildirib.