EN

Məryəm Nəvaz Şərif İlham Əliyevə təşəkkür ETDİ

Yazını böyüt
Yazını kiçilt

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif göstərilən isti qəbul və Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinə görə, Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.

Hafta.az xəbər verir ki, o bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Liderlərin Sammitində bəyan edib.

“Bu gün burada, Bakıda olarkən özümü yad bir ölkədə deyil, sanki öz evimdə hiss edirəm. Mən evə gəlmişəm”, - deyə Məryəm Nəvaz Şərif vurğulayıb.

O, Bakıda həyata keçirilən müasir şəhər transformasiyası proseslərinin onda heyranlıq doğurduğunu qeyd edib.

Məryam Nəvaz Şəirf mənzil təminatının mühüm bir dəyər olduğunu xüsusi vurğulayıb.

“Azərbaycanda bu məsələnin əhəmiyyətini yaxşı anlayırlar”, — deyə o bildirib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Chosen
17
hafta.az

1Sources