EN

Türkiyədə qanlı gün: hücum anının görüntüləri yayıldı - ANBAAN VİDEO

Türkiyənin Tarsus rayonunda yerləşən restoranlardan birində naməlum şəxs silahlı hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, daha 8 nəfər isə yaralanıb.

Məlumata görə, yaralıların bir qismi xəstəxanaya çatdırılıb, onların vəziyyəti ilə bağlı araşdırma aparılır.

Bildirilir ki, hücumdan sonra silahlı şəxs avtomobillə hadisə yerindən qaçıb. Türkiyə polisi onun saxlanılması üçün genişmiqyaslı əməliyyata başlayıb.

 

Musavat.com

Chosen
31
musavat.com

1Sources