Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə Çin Xalq Respublikasına rəsmi səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu, Gürcüstan Parlamentinin sədrinin son 20 ildə Çinə ilk rəsmi səfəridir.
Səfər çərçivəsində Şalva Papuaşvilinin yüksəksəviyyəli görüşləri nəzərdə tutulub.