EN

Belarusda nüvə silahları üzrə Rusiya-Belarus hərbi təlimləri başlayıb

18 mayda Belarus Müdafiə Nazirliyi Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində nüvə silahlarının çatdırılması və istifadəyə hazırlanması üzrə hərbi təlimlərə başlayıb.

Editor.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib. Belarus nazirliyi bildirib ki, təlimlər “silahlı qüvvələrin müasir silahlardan və xüsusi sursatlardan istifadəyə hazırlığını artırmaq” məqsədilə elan edilib. Məqsəd şəxsi heyətin hazırlıq səviyyəsini artırmaq, silahların, hərbi və xüsusi texnikanın tapşırıqlara hazırlığını yoxlamaq və “planlaşdırılmamış ərazilərdən döyüş tətbiqi” təşkil etməkdir.
Belarus Müdafiə Nazirliyi əlavə edib ki, təlimlərdə raket və aviasiya bölmələri iştirak edir.

“Bu tədbirin əsas xüsusiyyəti Belarus Respublikası boyunca hazırlıqsız ərazilərdən döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlığı yoxlamaq olacaq. Əsas diqqət gizlilik təcrübəsinə, əhəmiyyətli məsafələrə hərəkət etməyə və qüvvə və texnikanın istifadəsi üçün hesablamalar aparmağa yönəldiləcək”, – nazirlik bildirib.
Müdafiə Nazirliyi həmçinin təlimlərin planlaşdırılmış tədbir olduğunu və “üçüncü ölkələrə qarşı” yönəlmədiyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
19
editor.az

1Sources