Rusiyanın Krasnodar şəhərində velosipedçini ildırım vurub.
Qaziler.az bildirir ki, bu barədə "112" Telegram kanalı şahidlərə istinadən məlumat verib. Mənbənin məlumatına görə, təcili yardım işçilərinin səylərinə baxmayaraq, velosipedçi hadisə yerində ölüb.
Hadisə mikrorayon ərazisində baş verib. Əraziyə yerinə təcili yardım işçiləri gəlib. Ölən şəxsin ilkin olaraq 45 yaşlı kişi olduğu müəyyən edilib.
Bundan əvvəl Banqladeşin yeddi rayonunda ildırım vurması nəticəsində ən azı 14 nəfər həlak olub. Onların çoxu fermerlər olub və tarlalarda işləyərkən ölümcül xəsarətlər alıblar.
QAZİLER.AZ