EN

Yüksək Liqa: Çempion bəlli oldu

Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib. 

Apasport.az xəbər verir ki, lider “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la üz-üzə gəlib.

“Araz-Naxçıvan” qarşılaşmadan 5:2 hesabı ilə qalib ayrılıb və 20-ci dəfə Azərbaycan çempionu olub.

18 may (bazar ertəsi)

19:00. Neftçi İK – Araz-Naxçıvan - 2:5

Qollar: Markus Vinicius, 6:26, Jean Peruzzo, 17:28 (ö/q) // Luiggi Longo, 18:29, 37:21, Teixeira Barbosa, 22:26, Alleks Rezende, 27:43, Peruzzo, 32:41

Qırmızı vərəqə: Lukas Ramos, 37:56 ("Neftçi" İK, ikinci sarı)

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə oyunun hakimlərinə və hakim-inspektora diplomlar, mövsümün ən məhsuldar oyunçusu Allef Maiolliyə ("Neftçi" İK, 37 qol) isə xatirə hədiyyəsi təqdim olunub. 

Daha sonra meydana mükafatçı komandalar dəvət olunub. “Baku Fire”ə bürünc, “Neftçi”yə gümüş, “Araz-Naxçıvan”a qızıl və çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.  

Milli komandamızın Avropa çempionatına hazırlığı davam edir

Millimiz Belarus yığması ilə qarşılaşacaq

Azərbaycanın badminton məşqçiləri beynəlxalq kurslarda iştirak edirlər

Millimizin heyəti açıqlanıb

Millimizin baş məşqçisi: “Rəqibə qol vəziyyətlərini biz yaratdıq”

Chosen
9
2
apasport.az

7Sources