EN

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi


ABŞ Prezidenti Donald Tramp ABŞ-nin mayın 19-unda İrana qarşı planlaşdırılan hücumunu təxirə saldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial şəbəkə hesabında yazıb.
Tramp qeyd edib ki, bunu Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə edib:
“Qətər əmiri Təmim bin Həməd Əl-Sani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan ciddi danışıqların getdiyi və əla liderlər və müttəfiqlər olaraq ABŞ və Yaxın Şərqdəki və ondan kənardakı bütün ölkələr üçün tamamilə məqbul olan bir razılaşmanın əldə ediləcəyinə inandıqları üçün sabaha planlaşdırılan İran İslam Respublikasına hücumu təxirə salmağımı xahiş etdilər”.
Amerika lideri əlavə edib ki, bu razılaşmanın İranın nüvə silahına sahib olmamasını təmin etməsi vacibdir.
Tramp həmçinin bildirib ki, tərəflər Vaşinqton üçün məqbul bir razılaşma əldə edə bilməsələr, ABŞ İrana hücumları bərpa edəcək.
Chosen
71
34
yeniavaz.com

10Sources