EN

Tramp: İran tərəfi vəziyyətin ciddi olduğunu anladığı üçün...

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Donald Tramp bildirib ki, Tehranın son cavabından sonra ABŞ artıq İrana münasibətdə güzəşt variantlarını nəzərdən keçirmir.Demokrat.az xəbər verir ki, o bu fikirləri "New York Post" nəşrinə müsahibəsində səsləndirib.ABŞ lideri İranın uranın zənginləşdirilməsinə uzunmüddətli məhdudiyyət qoyulması ehtimalı ilə bağlı suala cavab verərkən hazırda heç bir kompromisə meylli olmadığını deyib.Tramp əlavə edib ki, Vaşinqton yaxın vaxtlarda Tehrana qarşı yeni addımlar ata bilər. Onun sözlərinə görə, İran tərəfi vəziyyətin ciddi olduğunu anladığı üçün razılıq əldə etməyə əvvəlkindən daha çox maraq göstərir.Bununla yanaşı, Ağ Ev rəhbəri ABŞ-nin hansı addımları planlaşdırdığını açıqlamayıb və danışıqlar prosesində detalları bölüşməyin düzgün olmadığını vurğulayıb.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
demokrat.az

1Sources