EN

Pakistanın Baş naziri Qətər XİN rəhbəri ilə Yaxın Şərqi müzakirə edib

Pakistanın Baş naziri Şahbaz Şərif Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, Pakistan hökumətinin yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdəki vəziyyəti və bölgədə sülhün qorunması istiqamətində vasitəçilik səylərini müzakirə ediblər.

Bildirilib ki, tərəflər atəşkəs rejiminin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və regionda sabitliyin bərpasının vacibliyini vurğulayıblar.

Chosen
64
apa.az

1Sources