EN

Şahzadə Uilyam hersoqluq mülklərinin 20 faizini satır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 may, AZƏRTAC

Uels şahzadəsinə ildə 20 milyon funt-sterlinqdən çox şəxsi gəlir gətirən Kornuoll hersoqluğu qarşıdakı 10 il ərzində mülklərinin 20 faizini satmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, əldə olunacaq 500 milyon funt-sterlinq əlçatan mənzil layihələri və ekoloji təşəbbüslər də daxil olmaqla yerli icmaların inkişafına yönəldiləcək.

“Biz ənənəvi torpaq sahibləri deyilik... daha böyük məqsədlərimiz var. Çox faydalı işlər görə bilərik. Mən bu ərazilərdə yaşayan insanların həyatını yaxşılaşdıracaq məsələlərə üstünlük verməyə çalışıram”, – deyə şahzadə Uilyam bildirib.

Şahzadə Uilyamın evsizliyə qarşı mübarizəyə yönəlmiş “Homewards” layihəsi var. Hersoqluğun planlarına əsasən, 2040-cı ilədək əlavə 12 min ev tikilməsi nəzərdə tutulur. Həmin evlərin təxminən üçdəbirinin münasib qiymətli mənzil olması planlaşdırılır. Mənzil tikintisinə yatırılacaq investisiyanın həcmi 161 milyon funt sterlinq təşkil edəcək.

Kənd ərazilərində məşğulluğun artırılması və yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, həmçinin bərpaolunan enerji mənbələrinə dəstəyin gücləndirilməsi üçün 123 milyon funt sterlinq ayrılacaq. Bununla əlaqədar İngiltərənin cənub-qərbində evlərin damlarında quraşdırılan günəş panelləri şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulur. Layihənin məqsədi 40 min evi elektrik enerjisi ilə təmin etməkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
105
2
azertag.az

10Sources