EN

Rusiyanın hava əlaqələri çökür- Kreml həm də Azərbaycana ümidlidir

Rusiyadan xarici ölkələrə birbaşa aviareyslərin sayı 25 faiz azalacaq.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası məlumat yayıb.

Məlumata görə, yaxın dövrdə Rusiya vətəndaşları yalnız 31 ölkəyə birbaşa reyslə səfər edə biləcəklər. Assosiasiya bildirib ki, bu göstərici SSRİ-də "dəmir pərdə" dövründə mövcud olan imkanlardan təxminən üç dəfə azdır.

Birbaşa uçuşların saxlanıldığı ölkələr sırasında Azərbaycan, Ermənistan, Əfqanıstan, Belarus, Vyetnam, Honkonq, Gürcüstan, Misir, İsrail, Hindistan, İndoneziya, İordaniya, İran, Qazaxıstan, Qətər, Çin, Şimali Koreya, Qırğızıstan, Maldiv adaları, Mərakeş, Monqolustan, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Serbiya, Tacikistan, Tailand, Türkmənistan, Türkiyə, Özbəkistan və Efiopiya yer alır.

Assosiasiyanın hesabatında qeyd olunur ki, beynəlxalq hava əlaqələrinin məhdudlaşması Rusiyanın xarici turizm və nəqliyyat imkanlarına ciddi təsir göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
2
olaylar.az

3Sources