EN

Cüdo üzrə U-14 Liqa yarışının III turu keçiriləcək

Azərbaycan Cüdo Federasiyasından Ajans.az-a verilən məlumata görə, yarışda 95 klub və idman cəmiyyətindən olan 643 cüdoçu (532 oğlan, 111 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu, cari ildə U-14 Liqa yarışının son turu olacaq. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

Chosen
8
5
Ajans.az

8Sources