EN

Pakistan 80 minlik ordu ilə hərəkətə keçir

Pakistan İranla müharibə fonunda Səudiyyə Ərəbistanına güclü hərbi kontingent yerləşdirib.

Publika.az xəbər verir ki, İslamabad krallığı qorumaq üçün döyüş aviasiyası, hava hücumundan müdafiə (HHM) sistemləri və minlərlə əsgər cəlb edib.

Zərurət yarandığı təqdirdə isə 80 000-ə qədər Pakistan əsgəri Səudiyyə Ərəbistanına daxil ola bilər.

Rəsmi Ər-Riyad Pakistanın köməyi ilə öz müdafiəsini gücləndirir.

İslamabad artıq müttəfiqinə dəstək məqsədilə 8 000 hərbçi göndərib. Bu, sadəcə təlim missiyası deyil, göndərilən qüvvələr krallığı mümkün İran hücumlarından qorumaq funksiyasını daşıyan ciddi və döyüşə hazır bir bölmədir.

Chosen
23
publika.az

1Sources