EN

Dünya ticarəti 80 ildə görünməyən böhrandadır

ABŞ Prezidenti Donald Trampın və bir sıra digər ölkələrin tətbiq etdiyi tarif tədbirləri, eləcə də Hörmüz boğazının bağlanması qlobal ticarət sistemi  son 80 ilin ən ağır böhranı ilə üzləşir.

Musavat.com xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Ngozi Okonjo-İveala NHK televiziyasına verdiyi müsahibədə deyib:

"Qlobal ticarət sistemi son 80 ilin ən ağır böhranı ilə üzləşir. ABŞ-ın tarif tədbirlərinin təsirini görürük və digər üzv dövlətlər də müxtəlif tədbirlər görürlər".

ÜTT rəhbəri həmçinin Hörmüz boğazının bağlanmasının, xüsusən də Şərqi Asiya ölkələri üçün təsirindən xüsusi narahatlığını ifadə edib: "Bu, qlobal ticarətə dərin təsir göstərir. Bütün qlobal enerji təchizatının beşdə biri Hörmüz boğazından keçir və bu, onu, ilk növbədə, Şərqi Asiya üçün xüsusilə vacib edir".

Nqozi Okonjo-İveala qeyd edib ki, qlobal ticarətin üzləşdiyi böhranlar qismən ÜTT sisteminin islahat apara bilməməsi və dəyişikliklərə uyğunlaşmaması ilə bağlıdır. Bununla belə, o əlavə edib ki, qlobal ticarətin dörddə üç hissəsi ÜTT prinsipləri əsasında həyata keçirilməyə davam edir.

 Musavat.com

Chosen
25
1
musavat.com

2Sources