EN

Tarixdə ilk: Ermənistan silah satdı

Ermənistan tarixdə ilk dəfə olaraq yerli istehsal olunmuş silahları ixrac edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan sosial mediada bildirib.

Bir neçə milyon dollar dəyərində olan məhsullar bu ay iki fərqli ölkəyə ixrac edilib. Nazir silah növlərini və ya onları alan ölkələri açıqlamayıb.

Rəsmi əlavə edib ki, sövdələşmə "çoxsaylı logistika çətinliklərinin və maneələrin aradan qaldırılması ilə" başa çatıb və buna görə Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsindəki həmkarlarına təşəkkür edib.

Chosen
8
1
publika.az

2Sources