Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger Madrid klubu ilə müqavilənin müddətini uzadıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 33 yaşlı əsas oyunçu daha bir mövsüm "Los Blancos"da qalacaq.
Qeyd edək ki, son illərdə oyunçu Səudiyyə Ərəbistanı da daxil olmaqla digər klublardan sərfəli təkliflər alıb, lakin karyerasını Madriddə davam etdirmək niyyətindədir.
Çılğın və sərt xarakteri ilə tanınan Rüdiger 2022-ci ildən "Real Madrid"də oynayır. "Kral Klubu"nda 182 matçda səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib.
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.