EN

Qrenlandiya ABŞ ilə danışıqlarda irəliləyiş olduğunu bildirib

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qrenlandiya hökuməti adanın gələcəyi ilə bağlı ABŞ-nin xüsusi elçisi Ceff Lendri ilə aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Baş nazir Yens-Frederik Nilsen Lendri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib:

"Biz inanırıq ki, irəliləyiş mümkündür və Qrenlandiya tərəfi olaraq diqqətimizi hamını qane edəcək və ən əsası, Qrenlandiya və Qrenlandiya xalqının ilhaqı, ələ keçirilməsi və ya satın alınması təhlükələrinin qarşısını alacaq bir həll yolunun tapılmasına yönəltmişik".

Eyni zamanda, ABŞ tərəfindən rəsmi bəyanat verilməyib – Lendri yalnız "dinləmək və öyrənmək" üçün gəldiyini qeyd edib.

Xarici işlər naziri Mute Bourup Egede isə vurğulayıb:

"Onlar görüş xahiş etdilər, biz də vəziyyətimizi, mövqeyimizi və qırmızı xətlərimizi izah etdik – biz Qrenlandiyanı satmayacağıq, Qrenlandiyaya əbədi olaraq sahib olacağıq".

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
icma.az

1Sources