EN

Bahalı əmlak bazarında durğunluq yaşanır - VİDEO

Bahalı əmlakların satışında durğunluq hiss olunur. Xüsusilə 350 min manatdan yuxarı qiymətə təklif edilən mənzillər əvvəlki kimi qısa müddətdə satılmır.

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, son dövrlər əmlak bazarında durğunluqdan danışılsa da, ekspertlər bildirirlər ki, bu, bütün bazara aid deyil.

Bazarda əsas tələb isə daha əlçatan mənzillərədir. Xüsusilə 40 min manatdan 150 min manatadək olan evlər alıcılar üçün əsas seçimə çevrilib. Bu seqmentdə alıcıların böyük hissəsini gənc ailələr, kirayə evdən çıxmaq istəyənlər və yeni yaşayış sahəsinə ehtiyacı olanlar təşkil edir.

Kredit faizlərinin yüksək olması isə alıcıların davranışına təsir edir. Daha böyük məbləğli mənzil almaqda çətinlik çəkənlər nisbətən ucuz evlərə, şəhər kənarındakı fərdi yaşayış sahələrinə, kiçik torpaq sahələrinə və köhnə tikililərə yönəlirlər.

Chosen
6
2
unikal.az

3Sources