EN

Xankəndi dəmiryolu vağzalının gələn il istifadəyə verilməsi planlaşdırılır

BAKI, 19 may. TELEQRAF

Xankəndi dəmiryolu vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xankəndi dəmiryolunun inşasına başlanılıb:

"Artıq layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib. Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi nəzərdə tutulur".

Chosen
26
teleqraf.com

1Sources