EN

Rusiyada təyyarə qəza enişi edib

Rusiyada  göyərtəsində 8 nəfər olan An-2 təyyarəsi Yakutiya meşəsində təcili eniş edib.

Ucnoqta.az xəbər verir ki, Bazanın məlumatına görə, təyyarə Tyoply Klyuç kəndindən havaya qalxıb. Lakin heyət tezliklə təyyarəni geri çevirib uçuş aerodromuna qayıdıb.

Bir müddət sonra təyyarə ilə əlaqə kəsilib. Pilotlar daha sonra koordinatlarını ötürüb və meşədə təcili eniş etməyə məcbur olduqlarını bildiriblər.

Xilasetmə xidmətləri artıq hadisə yerinə göndərilib. Məlumata görə, xəsarət alan yoxdur.

Chosen
13
6
ucnoqta.az

7Sources