EN

Professor: Mənzil böhranını dərinləşdirən əsas amillərdən biri ailə strukturlarının dəyişməsidir

Mənzil böhranını dərinləşdirən əsas amillərdən biri ailə strukturlarının dəyişməsidir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı paneldə Çilinin Pontifik Katolik Universitetinin professoru Margarita Greene deyib.

Onun sözlərinə görə, müasir mənzil böhranı artıq kənddən şəhərə köç edən çoxuşaqlı ailələrlə bağlı deyil. Bu gün əsas problem şəhərlərdə yaşayan insanların münasib və keyfiyyətli mənzil əldə edə bilməməsidir.

Margarita Greene bildirib ki, miqrasiya, əhalinin qocalması və ailələrin kiçilməsi mənzilə tələbin strukturunu əsaslı şəkildə dəyişdirib.

Professor qeyd edib ki, Latın Amerikasında son siyahıyaalmalara əsasən, tək nəfərlik təsərrüfatların payı təxminən 20%-ə çatıb. Çilidə isə bir ailədə orta insan sayı əvvəlki 5 nəfərdən 2,8 nəfərə enib.

Onun fikrincə, bu dəyişikliklər mənzil siyasətinə və tikinti modellərinə yenidən baxılmasını zəruri edir.

Margarita Greene vurğulayıb ki, mənzil problemi dörd səviyyədə – ev, məhəllə, şəhər və ərazi səviyyəsində qiymətləndirilməlidir.

O əlavə edib ki, dövlət qeyri-rəsmi yaşayış məntəqələrinə diqqət yetirmədikdə, həmin boşluğu çox vaxt cinayətkar qruplar doldurur.

Chosen
15
apa.az

1Sources