EN

Bakı-Tbilisi-Bakı sərnişin qatarı yenidən fəaliyyətə başlayır - RƏSMİ

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

XQ bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.

Qeyd edək ki, daha öncə Gürcüstan tərəfi Tbilisi–Bakı arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatının 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacağı barədə məlumat yayıb.

Chosen
16
xalqqazeti.az

1Sources