EN

Elçin Yusubov: Xankəndinin yeni Baş Planına görə, şəhər 80 min nəfərlik olacaq

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Xankəndidə Zəfər Tağı olan ərazidə yöndəmsiz tikililər yerləşirdi. Qısa zamanda biz o qəzalı tikililərin müvafiq olaraq sökülməsini təmin etdik və Zəfər Tağı kimi möhtəşəm abidənin layihələndirilməsini və tikintisini həyata keçirdik”.

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xüsusi nümayəndə bildirib ki, Xankəndi şəhərində bəzi məsələlərdə gözləmə mövqeyindəyik:

“Xankəndi şəhərinin yeni Baş Planı hazırlanır. Bu hazır olandan sonra daha ciddi, əsaslı tikintilərin şahidi olacağıq. Əvvəlki Baş Planda əhali sayı 62 min idi, amma yeni Baş Plana görə, şəhər 80 min nəfərlik olacaq. Xankəndidə həm böyük parklar salınır, həm də mövcud parklar bərpa olunur”.

İş elanları AzVak.az-da

© APA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
4
marja.az

5Sources