EN

Xankəndi şəhərinin baş planı hazırlanır, şəhərdə ciddi və əsaslı tikintilər aparılacaq

BAKI, 19 may. TELEQRAF

Xankəndi şəhərinin baş planı hazırlanır. Layihə hazır olduqdan sonra şəhərdə ciddi və əsaslı tikintilərin şahidi olacağıq.

Teleqraf xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, layihəyə əsasən, Xankəndi şəhərinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur: "Baş planla yaşıllıq və istirahət zonaları sayının şəhər kontingentinə uyğun olaraq hazırlanması planlaşdırılır".

Chosen
10
1
teleqraf.com

2Sources