EN

Dəhşətli virus qonşu ölkələrə keçdi: Ölənlərin sayı sürətlə artır

Konqo Demokratik Respublikasında (KDR) Ebolanın "Bundibugyo" ştamı səbəbindən 131 ölüm faktı qeydə alınıb, 513-dən çox şəxsin isə virusa yoluxduğundan şübhələnilir.

Musavat.com xəbər verir ki, virus artıq yeni şəhərlərə və qonşu Uqandaya da yayılıb.

BBC-nin yaydığı məlumata görə, bölgədə epidemioloji vəziyyət gərgin olaraq qalır.

KDR hökumətinin sözçüsü bəyan edib ki, hazırda virusun daha geniş ərazilərdə yayıldığı barədə hesabatlar daxil olur.

Xəstəlik artıq yeni bölgələrdə, o cümlədən İturi əyalətinin Nyakunde, Şimali Kivunun Butembo bölgələrində və Qoma şəhərində də aşkar edilib ki, bu da ciddi narahatlığa yol açır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və KDR-də fəaliyyət göstərən tibbi missiya qrupu virusa yoluxanlar arasında amerikalı bir həkimin də olduğunu təsdiqləyib.

CDC-nin son məlumatına görə, qonşu Uqandada artıq iki təsdiqlənmiş yoluxma və bir ölüm halı qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Bundibugyo" variantının səbəb olduğu bu Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hal elan edib.

Musavat.com

Chosen
57
1
musavat.com

2Sources