EN

Atası cəsur döyüşçüdür, özü də hərbçi olmaq istəyirdi Qəfil vəfat etdi

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin vəfat edən 11-ci sinif şagirdi Məzahir İslamovla bağlı yeni faktlar üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, kursant M.İslamov 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan kapitan Qurbanəli İslamovun oğludur.

Q.İslamov 2020-ci il sentyabrın 27-də başlayan müharibədə ön cəbhədə aktiv döyüş əməliyyatlarında iştirak edib. O, Füzuli və Qubadlı istiqamətində gedən ağır döyüşlərdə rəşadətlə vuruşub və sol ayağını itirib. pizza sifarişi

Prezident İlham Əliyevin sərəncamları ilə Q.İslamov müharibə göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətə görə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Q.İslamov 2021-ci ilin aprelində Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə böyük məsləhətçi təyin edilib. O, 2022-ci ildən Suraxanı Rayon icra Hakimiyyəti başçısının Hövsan inzibati-ərazi dairəsi üzrə nümayəndəsidir.

Xatırladaq ki, kursant İslamov Məzahir Qurbanəli oğlu mayın 18-də səhər saatlarında qəfildən dünyasını dəyişib. Mərhum Bakıda dəfn olunub. 

Nazim Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
yenisabah.az

10Sources