EN

"WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir" - İlham Əliyev

"WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir".

Ucnoqt.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib.

"WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir", - Prezident vurğulayıb.

Azərbaycan lideri qeyd edib ki, forum indiyədək görülən işlər, gələcək planlar barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşların təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir:

"Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır".

Chosen
22
16
ucnoqta.az

10Sources