EN

“Ağdam Əsgəran Xocalı Xankəndi avtomobil yolunu Şuşa şəhərinə gedişi daha da qısaldıb” AYDIN KƏRİMOV

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Şuşa şəhərində nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzərində iki istiqamət üzrə ümumi uzunluğu 12,7 kilometr olan 7 avtomobil tuneli inşa olunub”.

SİA xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Bununla yanaşı, Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində , “Torpaq Meydanı”na doğru yeni yol salınıb, ərazi boyunca yeraltı kommunikasiya və rabitə xətləri çəkilib.

Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi Şuşa şəhərinə gediş məsafəsini daha da qısaldıb. Eyni zamanda, Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
sia.az

2Sources