Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 19-da, paytaxtın Heydər Əliyev prospektində (Koroğlu metrostansiyasının qarşısında) qeydə alınıb. Belə ki, 90-UY-991 dövlət qeydiyyat nişanlı “KIA” markalı avtomobilin sürücüsü Bakıxanov qəsəbəsi istiqamətinə dönmək istəyərkən son anda sağ zolağa manevr edib. Nəticədə düzünə hərəkət edən avtomobillərin qarşısına çıxaraq qəza şəraiti yaradıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.