EN

UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir

Yer kürəsinin əhalisi 2050-ci ilədək 2 milyard nəfər artacaq.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal mənzil böhranı: plan nədir?" mövzusunda panel müzakirəsində bəyan edib.

"Əgər perspektivə nəzər salsaq: hamıya yaxşı məlumdur ki, 2050-ci ilədək dünya əhalisinin sayı əhəmiyyətli dərəcədə artacaq. Daha 2 milyard insan şəhərlərə - əsasən Asiya və Afrikanın şəhər aqlomerasiyalarına köçəcək. Üstəlik, bu artımın yarısı cəmi səkkiz dövlətdə cəmləşəcək. Söhbət rəvan və ardıcıl prosesdən getmir. Bu, müasir bəşər tarixində ən sürətli urbanizasiya dalğasıdır. Buna görə də dünən çıxışımda qaldırdığım əsas sual budur: biz bunun fərqindəyikmi? Biz hazırıqmı? Bəli - biz hazır olmalıyıq. Ümid edirəm ki, WUF13 bizə resursları səfərbər etməyə və bu böhranın aradan qaldırılmasına hazırlığı artırmağa kömək edəcək", - A.Rossbax vurğulayıb.

Chosen
3
2
missiya.az

3Sources