EN

Aydın Kərimov: Bu il Şuşanın Böyük qala və Kiçikqaladərəsi kəndlərinə köç olacaq

Bakı, 19 may, AZƏRTAC

Bu il Şuşanın Böyük qala və Kiçikqaladərəsi kəndlərinə köç olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlaması zamanı deyib.

Xüsusi nümayəndə qeyd edib ki, Şuşanın Turşsu qəsəbəsində bu il bərpa və quruculuq işləri görüləcək: “Ümid edirik ki, gələn il bu qəsəbəyə köç olacaq. Həmçinin, Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək, inşasına bu il başlanılacaq”.

Operator: Şövqi Əzizov
Foto: Azər İbrahimov
Chosen
41
3
azertag.az

10Sources