EN

Gülşən Rzayeva: “Qarabağda həyata keçirilən model dünyaya örnəkdir”

ain.az, Bizim media saytına istinadən bildirir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri modeli post -münaqişə ölkələri üçün nümunə olan bir modeldir.Bunu Bizim.Media-ya açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva deyib.Komitə rəsmisi bildirib ki, Azərbaycanın əverişli yaşayış mühiti, mənzil təminatı sahəsində istər Bakıda, istərsə də digər bölgələrdə çox gözəl nümunəsi var:"Dünyaya əsas mesajımız Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləridir. Çünki bu bərpa işləri şəhərlərin sıfırdan olaraq yenidən qurulmasına, dirçəlməsinə xidmət edir.Burada yalnız infrastruktur deyil, ümumilikdə kompleks halında ictimai məkanlar, insan yönümlü şəhərsalma prinsiplərindən söhbət gedir. Məhz Azərbaycanda təşkil olunan bu işlər sadəcə infrastruktur işləri deyil, bu, bir modeldir. Çünki orada infrastrukturla yanaşı ətraf mühit komponentləri nəzərə alınır.Əsas mesajımız proses boyunca Qarabağda həyata keçirilən tədbirlərin dünya üçün nə qədər maraqlı olduğunu bir daha vurğulamaq və bu modelin oxşar çağırışlarla yaşayan ölkələrdə tətbiqi ilə bağlı təcrübəmizin bölüşməsinə hazır olduğumuzu bildirməkdir".Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
13
bizim.media

10Sources